19-20 aprel tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

22

Aprelin 19-20-də bəzi yerlərdə yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

“Aprelin 19-da Qərbi Gürcüstanda hava temperaturu enəcək, ölkənin şərqində isə yüksək temperatur olacaq.

Aprelin 19-20-də isti fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Hava temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Aprelin 19-da hava nisbətən sərinləşəcək, yağış yağa bilər. Aprelin 20-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 18-də və 20-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Aprelin 19-da hava nisbətən sərinləşəcək, bəzi yerlərdə yağış yağacaq. Aprelin 18-də və 20-də hava temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 18-də və 20-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Aprelin 19-da hava nisbətən sərinləşəcək, bəzi yerlərdə yağış yağacaq. Aprelin 18-də və 20-də hava temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): aprelin 18-də və 20-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Aprelin 19-da hava nisbətən sərinləşəcək, bəzi yerlərdə yağış yağacaq. Aprelin 18-i və 20-də hava temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): isti və yağmursuz hava gözlənilir. Aprelin 18-də isti və yağmursuz hava şəraiti qorunacaq. Aprelin 19-20-də bəzi yerlərdə isti fonunda yağış yağacağı, şimşək çaxacağı da ehtimal olunur. Hava temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): Aprelin 18-də isti və yağmursuz hava şəraiti davam edəcək. Aprelin 19-20-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Hava temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): aprelin 18-də isti və yağmursuz hava şəraiti davam edəcək. Aprelin 19-20-də bəzi yerlərdə isti fonunda yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Hava temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): aprelin 18-də isti və yağmursuz hava şəraiti davam edəcək. Aprelin 19-20-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı da ehtimal olunur. Hava temperaturu gündüz +20-22 dərəcə təşkil edəcək”, – məlumatda deyilir. 

15
4
Kateqoriya: Maraqlı
Sonrakı yazı
გარემოს ეროვნული სააგენტო ატმოსფერული ჰაერის ხარისხის მდგომარეობის შესახებ განცხადებას ავრცელებს
Öncəki yazı
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi – VİDEO