Bu tarixdən uşaq bağçalarında yenilik tətbiq ediləcək – ƏTRAFLI

0

Bağçalarda 4 yaşlı uşaqlar yol hərəkəti qaydalarını öyrənəcəklər.

QafqazTürk.com bu barədə Gürcüstanın Avtomobillərə Nəzarət Mərkəzləri Assosiasiyasının prezidenti Davit Mesxişvili bildirib.

Onun sözlərinə görə, uşaq bağçası proqramı çox vacibdir, çünki insanlar kiçik yaşlarından həm piyada, həm də sürücülük baxımından elementar yol hərəkəti təhlükəsizliyi qaydalarını bilməlidirlər ki, gələcəkdə bir sıra problemlər yaratmasın.

Uşaq Bağçaları Agentliyinin rəhbəri və komissiya sədrləri ilə görüşdük və psixoloqlarla birlikdə bağça müəllimlərinin hazırlanacağı təlim materiallarını yaratdıq. Uşaqlara düzgün və dəqiq məlumat öyrətmək üçün bağça müəllimləri hazırlanmalıdır. Bu sistem artıq Aİ-nin hər yerində tətbiq edilir və məcburidir.
Bir proqram uşaq bağçası müəllimlərinə, digəri isə uşaqların valideynlərinə aid olacaq, çünki nəqliyyat məsələlərində məlumat çatışmazlığı problemi xüsusilə böyüklər arasında özünü göstərir
“, – deyə assosiyasiya prezidenti bildirib.

Assosiyasiya prezidentinin sözlərinə görə, proqrama mart ayından start veriləcək və bu möhtəşəm iş vasitəsilə uşaqlar əvvəlcə təhlükəsizlik qaydalarını öyrənəcək, daha sonra isə vətəndaşlıq məsuliyyəti ilə təchiz edilmiş insanlar kimi yetişəcəklər. Nəticədə ölkədə bu gün nəqliyyat sahəsində bu qədər geniş yayılan problemlər olmayacaq.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
29 dekabradək gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Ge/Az მარნეულელმა მოკრივეებმა საქართველოს ჩემპიონატზე ხუთი ბრინჯაოს მედალი მოიპოვეს