29 dekabradək gözlənilən hava şəraiti – PROQNOZ

1

Gürcüstanın bəzi rayonlarında dekabrın 27-dək soyuq və qarlı hava şəraiti davam edəcək .

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, dekabrın 27-28-də yağıntıların intensivliyi azalsa da, dekabrın 28-də yüksək dağlıq ərazilərin bəzi yerlərində güclü qar, duman və çovğun olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.

“Paytaxt Tbilisidə az yağıntı olacağı mümkündür. Dekabrın 28-də şimal-qərb istiqamətindən güclü külək əsəcək. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 29-dək fasilələrlə yağış yağacaq. Dekabrın 28-də güclü cənub-qərb küləyi əsəcək. Hava temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 29-dək yağıntılı hava şəraiti gözlənilir. Hava temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 29-dək fasilələrlə qar yağacaq. Hava temperaturu gün ərzində +8, +10 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 29-dək arabir qar yağacaq. Dekabrın 28-də güclü külək, duman və çovğun gözlənilir. Hava temperaturu gündüz +2, +4 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): dekabrın 29-dək bəzi yerlərdə yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Dekabrın 28-də güclü qərb küləyi əsəcək, hava temperaturu gün ərzində +8, +10 dərəcə isti təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): dekabrın 29-dək hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dekabrın 28-də güclü qərb küləyi əsəcək. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): dekabrın 29-dək bəzi yerlərdə qar yağacaq. Hava temperaturu gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 29-dək bəzi yerlərdə qar yağacaq. Dekabrın 28-də güclü külək, duman və çovğun gözlənilir. Hava temperaturu gündüz -1, +4 dərəcə təşkil edəcək”, – deyə məlumatda bildirilib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
20 წლის კურიერი გოგონა, რომელიც ავარიაში მოყვა, გარდაიცვალა
Öncəki yazı
Bu tarixdən uşaq bağçalarında yenilik tətbiq ediləcək – ƏTRAFLI