This is a specific ad

Bu gün işğal olunmuş Abxaziya “parlament”i qarşısında etiraz aksiyası keçirilib

42

Another advertisement

Bu gün Suxumidə, işğal olunmuş Abxaziyanın de-fakto parlamentinin binası qarşısında müxalifətin etiraz aksiyası baş tutub.

QafqazTürk.com xəbər verir ki, bu barədə DNAbxaziya məlumat yayıb .

Çoxsaylı qanunları pozaraq gecə saatlarında bağlanan parlament iqtidarın maraqlarının qanundan və xalqın iradəsindən yüksək olduğunu göstərdi”, – deyə müxalifət nümayəndələri bildiriblər.

Məlumat üçün bildirək ki, işğal olunmuş Abxaziyanın de-fakto parlamenti növbədənkənar iclasında Bişvinti hökumətinin bağ evinin Rusiyaya verilməsi haqqında sazişi ratifikasiya edib. Səsvermə bu gün, dekabrın 27-də səhər tezdən keçirilib.

Abxaziya müxalifətinin nümayəndələri bu qərarı biabırçılıq adlandırıblar.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ოკუპირებული აფხაზეთის პარლამენტთან საპროტესტო აქცია არ წყდება
Öncəki yazı
Türkiyə kəşfiyyatı PKK-nın hərbi bazalara hücuma hazırlaşan qadın komandanını zərərsizləşdirdi – FOTO