Türkiyə kəşfiyyatı PKK-nın hərbi bazalara hücuma hazırlaşan qadın komandanını zərərsizləşdirdi – FOTO

0

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı hərbi bazalara hücuma hazırlaşan PKK/KCK-HPJ (Qadın Müdafiə Qüvvələri) terror təşkilatının liderlərindən biri olan Zeynep Eyveri zərərsizləşdirib. 

QafqazTürk.com xəbər verir ki, İran-İraq sərhədindəki bütün qadın terrorçuların fəaliyyətlərinə məsul olan “Aryen Are” kod adlı Zeynep Eyver İraqın Pencevin bölgəsində aşkarlanıb.

Zeynep Eyverin Şimali İraqdakı Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə qarşı hücum planları hazırladığı və təşkilatın qadın üzvlərinə hücum planları ilə bağlı təlimlər keçdiyi məlum olub.

Eyver terrorçuların sıralarına 2005-ci ildə İrandan qoşulub.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bu gün işğal olunmuş Abxaziya “parlament”i qarşısında etiraz aksiyası keçirilib
Öncəki yazı
Türkiyədə zəlzələ baş verib