Bu gün ölkədə gözlənilən hava şəraiti məlum olub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
“Noyabrın 10-u günün ikinci yarısınadək Qərbi Gürcüstan ərazilərində yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərqi Gürcüstanın bəzi ərazilərində yağıntılı hava şəraiti və güclü qərb küləyi gözlənilir.
Tbilisidə əsasən yağmursuz keçəcək. Noyabrın 10-da şimal-qərb istiqamətindən güclü külək əsəcək. Hava temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): noyabrın 10-u gündüzədək yağış yağacağı, şimşək çaxacağı, küləyin qısamüddətli güclənməsi də mümkündür. Havanın temperaturu gündüz +18, +20 dərəcəyə enəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili) noyabrın 10-u səhərədək yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Hava temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): gecəyə doğru yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): gecə qar yağacağı gözlənilir. Hava temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): gecə bəzi yerlərdə yağış yağacaq, külək güclənəcək. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): gecə bəzi yerlərdə yağış yağacaq, külək güclənəcək. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro): gecə bəzi yerlərdə yağış yağacaq, külək güclənəcək. Hava temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani) qar yağa bilər, gecə külək güclənəcək. Hava temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək”, – deyə məlumatda bildirilir.