Bu gün Mustafa Kamal Atatürkün anım günüdür

0

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür.

57 illik həyatında millətinin və vətəninin müstəqilliyi uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.

Tərcümeyi-halı

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.

1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı (cümhurbaşkanı) seçilir. 1938-ci ilə, daha dəqiq desək, vəfat etdiyi vaxta qədər ard-arda dörd dəfə dövlət başçısı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan prezident olub.

1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.

Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbul şəhərində yerləşən Dolmabahçe Sarayında gözlərini əbədi yumub.
Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtqəbirə köçürülüb.

0
0
Sonrakı yazı
კანდიდატის სტატუსს თან უნდა ახლდეს ევროპული ჩართულობა, არჩევნებზეც რათა საშუალება მოგვეცეს გადავლახოთ ეს ეტაპიც. -ზურაბიშვილი
Öncəki yazı
Bu gün gözlənilən hava şəraiti – PROQNOZ