Bu gün Elnar Əliyev, Ziyad Əliyev və Firuz Əliyev qardaşlarının təşkilatçılığı ilə Marneuli rayonunun Böyük (Qaş) Muğanlı kəndində Ramazan bayramı süfrəsi açılıb.
QafqazTürk.com xəbər verir ki, Ramazan süfrəsində Qardabani və Marneulidən majoritar seçilmiş Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Marneuli şəhər meri Kənan Ömərov, Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze və meriya ilə bələdiyyə məclisinin nümayəndələri, xalqın sevimli muğam ifaçısı Ariz hüseynov və Böyük Muğanlı kənd əhalisi iştirak ediblər.
Məclisi çıxış sözü ilə açan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov əvvəlcə Ramazan süfrəsini təşkil etdikləri üçün Əliyev qardaşlarına təşəkkürünü bildirib.
Sonra Zaur Darğallı, Kənan Ömərov və Amiran Qiorqadze məclis iştirakçılarını salamlayaraq Ramazan bayramı münasibətilə təbrik etmiş, onlara bərəkətli, sağlam və firavan ömür arzulayıblar.
Sonda muğam ifaçısı Ariz Hüseynov azan oxuyaraq iştirakçıları feyziyab edib.
Qeyd edək ki, məclisdə 250-dən artıq adam iştirak edib.