Blinken: “Ermənistan-Azərbaycan danışıqlarını başa çatdırmaq və sülh razılaşmasına nail olmaq üçün çox işləmək lazımdır”

0

“Ermənistan-Azərbaycan danışıqlarını başa çatdırmaq və sülh razılaşmasına nail olmaq üçün çox işləmək lazımdır,” – QafqazTürk xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Blinken ABŞ-ın ev sahibliyi etdiyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılan danışıqlardan sonra bəyan edib.

Blinkenin qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması ilə əlaqəli yekun razılığa gəlmək üçün hələ çox iş görülməlidir. O, həmçinin qeyd edib ki, ən çətin məsələlərin bəziləri hələ də həll olunmamış qalır.

Bununla yanaşı, ABŞ dövlət katibi danışıqlarda irəliləyişin əldə edildiyini, o cümlədən “bir neçə əlavə maddələr üzrə razılaşmanın əldə edildiyini” qeyd edərək, danışıqların “səmimi və açıq şəkildə” aparıldığını qeyd edib.

0
0
Sonrakı yazı
Zelenski: “Ukrayna döyüş meydanında nəticəni NATO sammitindən əvvəl göstərmək istəyir”
Öncəki yazı
Parlamentin yaz sessiyası bağlandı