Parlamentin yaz sessiyası bağlandı

1

Onuncu çağırış Parlamentin üçüncü yaz sessiyası Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə bağlandı.

Gürcüstan Konstitusiyası və parlamentin reqlamentinə uyğun olaraq, ildə iki dəfə yaz və payız sessiyaları keçirilir.

Yaz sessiyası fevralın ilk çərşənbə axşamı açılır və iyunun sonuncu cümə günü bağlanır.

Bununla yanaşı parlamentin sədri Şalva Papuaşvili Gürcüstan Konstitusiyasının 44-cü maddəsinin ikinci bəndinə uyğun olaraq, iyulun 3-də saat 11:00-dan növbədənkənar sessiyanın çağırılması üçün Gürcüstan prezidentinə müraciət etdi.

0
0
Sonrakı yazı
Blinken: “Ermənistan-Azərbaycan danışıqlarını başa çatdırmaq və sülh razılaşmasına nail olmaq üçün çox işləmək lazımdır”
Öncəki yazı
Volodimir Zelenski: “Putinin həyatı təhlükədədir, onu öldürmək istəyirlər”