Bizdə yeni inflyasiya hesabatı

82

Yanvar ayında ölkəmizin istehlak bazarında qiymətlər 2024-cü ilin ilk ayına nəzərən 2 faiz artıb.

Qafqaz Türk Media bildirir ki, hesabatı yayan Milli Statistika Xidməti mehmanxana və ictimai iaşə xidmətlərində bahalaşmanı 6,8 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,2 faiz, təhsil sahəsində 5,1 faiz, səhiyyə xidmətlərində 3,8 faiz, ərzaq və spirtsiz içkilərdə 3 faiz, istirahət, əyləncə və mədəniyyət sektorunda 1 faiz, kommunal xidmətlərdə 0,5 faiz göstərir.

Rabitə xidmətlərinin 12,5 faiz, geyim və ayaqqabıların 1,9 faiz, mebel və məişət əşyalarının 1,2 faiz, nəqliyyat xidmətlərinin 1 faiz ucuzlaşdığı bildirilir.

Sonrakı yazı
İsrail ordusu Livandan çıxır
Öncəki yazı
Azərbaycanın nəqliyyat rəsmiləri sabah Gürcüstanda olacaqlar: Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur?