İsrail ordusu Livandan çıxır

59

2024-cü il, noyabrın 27-də əldə olunan razılaşmaya əsasən, İsrail hökuməti bu gün fevralın 18-dən qoşunlarını Livan ərazisindən çıxarmağa başlayır.

Qafqaz Türk Media xəbər verir ki, bununla birlikdə ordu qüvvələrinin bir hissəsi ölkənin cənubundakı Ramiya, Cəbl-Plat, Bint-Cbeyl və Mərun, Vadi Ayun və Əmra bölgələrində qalmaqda davam edəcək.

Bəzi mənbələrə əsasən, 8 aylıq müddətə nəzərdə tutulan bu addım həmin ərazilərin strateji əhəmiyyətə malik olması ilə əsaslandırılır.

Kateqoriya: Dünya
Sonrakı yazı
130 illiyin mübarək, böyük ustad!
Öncəki yazı
Bizdə yeni inflyasiya hesabatı