• 22 Fevral 2025 13:43

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bizdə yeni inflyasiya hesabatı

ByTürkan Şahverdova

Fev 18, 2025
Another advertisement

Yanvar ayında ölkəmizin istehlak bazarında qiymətlər 2024-cü ilin ilk ayına nəzərən 2 faiz artıb.

Qafqaz Türk Media bildirir ki, hesabatı yayan Milli Statistika Xidməti mehmanxana və ictimai iaşə xidmətlərində bahalaşmanı 6,8 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,2 faiz, təhsil sahəsində 5,1 faiz, səhiyyə xidmətlərində 3,8 faiz, ərzaq və spirtsiz içkilərdə 3 faiz, istirahət, əyləncə və mədəniyyət sektorunda 1 faiz, kommunal xidmətlərdə 0,5 faiz göstərir.

Rabitə xidmətlərinin 12,5 faiz, geyim və ayaqqabıların 1,9 faiz, mebel və məişət əşyalarının 1,2 faiz, nəqliyyat xidmətlərinin 1 faiz ucuzlaşdığı bildirilir.