This is a specific ad

Baş nazir işlə təmin olunanların statistikasından danışdı

56

Another advertisement

“Bu ilin birinci rübündə işləyənlərin sayı əhəmiyyətli dərəcədə artıb – 70 min nəfər artaraq 1 milyon 271 min nəfər təşkil edib”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentə illik hesabatının təqdimatındakı çıxışında bildirib.

Baş nazirin sözlərinə görə, işsizliyin azalması ilk növbədə özəl sektorda iş yerlərinin artması ilə əlaqədardır.

“İşsizliyin azalması ilk növbədə özəl sektorda iş yerlərinin artması və yaratdığımız mühitlə əlaqədardır. Onu da qeyd edim ki, biznes sektorunda iş yerlərinin sayı xeyli artıb. Ötən illə müqayisədə bu rəqəm kifayət qədər təsiredicidir.
Mütləq yoxsulluğun səviyyəsi də tarixi minimuma, daha dəqiq desəm, 15,6%-ə düşüb və əvvəlki illə müqayisədə bu göstərici də xeyli yaxşılaşıb.
2012-ci ildə yoxsulluq səviyyəsi 30,0%. Bu, əvvəlki hökumətin dövründə olan yoxsulluq səviyyəsidir. Bu il yoxsulluq səviyyəsi 15,6%-lik göstərici ilə tarixi minimuma çatıb. Bu o deməkdir ki, son 10 ildə yoxsulluğun səviyyəsi demək olar ki, iki dəfə azalıb, yarım milyondan çox insan yoxsulluqdan xilas olub. Daha dəqiq desək, 535 min insan yoxsulluqdan xilas olub”, – deyə Baş nazir İrakli Ğaribaşvili qeyd edib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Gürcüstanda sabahdan qüvvəyə minəcək dəyişikliklər
Öncəki yazı
Bu gün və sabah gözlənilən hava şəraiti – PROQNOZ