Bakı şəhərində şəhid Arif Allahverdiyevin xatirəsi yad edildi – FOTOLAR

1

Bu gün Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə-publisist Raziyə Rzayevanın təşkilatçılıgı ilə Vətən müharibəsində 28.06.1992-ci ildə Füzuli rayonu Qırmızıbazar-Tuğ istiqamətində şəhidlik zirvəsinə ucalan Arif Allahverdiyevin anım tədbiri keçrilib.

QafqazTürk.com xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, Kürdəmir və Mingəçevir rayonundan olan şəhid anaları, ictimai birlik rəhbərləri, mətbuat nümayəndələri, ziyalılar və Arif Allahverdiyevin döyüş yoldaşları iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğul-qızların xatirələrinin ehtiramla yad edilməsi ilə başladı. Daha sonra şəhid Arif Allahverdiyevin bacısı Sevinc xanım çıxış edərək şəhid qardaşı haqqında xatirələrini bölüşdü. Tədbirdə Arif Allahverdiyevin döyüş yoldaşları onun necə qorxmaz və igid biri olmağından qürurla danışdılar.
Yasəmən xanım, Mehriban xanım və digər qonaqlar şəhidlərin xatirəsinə ehtiramlarını bildirdilər.

Uğuryolu.az xəbər portalının təsisçi-drektoru çıxışıni bitirdikdən sonra fəxri-diplom təqdim etdi.

Şəhid Arif Allahverdiyevin məzarı ziyarət olundu.
Azərbaycan Respublikası Müharibə Veteranlarının Səbail rayon Şurasının sədri Fəqan Nəsibzadə, sədr müavini Ənvər Qarayev və işçi heyətinə, Rasim müəllimə təşəkkur edildi.

Tədbirin sonunda xatirə şəkili çəkdirildi.

0
0
Sonrakı yazı
Marneuli meri Kənan Ömərovun təşəbbüsü ilə ehtiyaclı ailələrə qurban əti paylanılıb
Öncəki yazı
ABŞ və Böyük Britaniyanın sanksiya koordinatorları “Sadaxlı” gömrük-keçid məntəqəsində olublar – FOTO