This is a specific ad

ABŞ və Böyük Britaniyanın sanksiya koordinatorları “Sadaxlı” gömrük-keçid məntəqəsində olublar – FOTO

32

Another advertisement

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vladimer Xundadze və Gömrük İdarəsinin rəisi Zurab Siçinava ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri, səfir Ceyms O’Brayen Sanksiyalar üzrə koordinatorun xüsusi köməkçisi, Böyük Britaniyanın sanksiyalar üzrə direktoru Kumar İyer, ABŞ və Avropa İttifaqının nümayəndələri “Sadaxlı” gömrük-keçid məntəqəsində olublar.

QafqazTürk.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata əsasən görüş çərçivəsində tərəflər beynəlxalq sanksiyaların tətbiqinin dəstəklənməsi baxımından Gürcüstan, ABŞ və Avropa İttifaqı arasında mövcud tərəfdaşlıq münasibətlərini müzakirə edib və gələcək əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıblar.

ABŞ və Avropa İttifaqının nümayəndələri Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin sanksiyalardan yayınmasına yönəlmiş gömrük nəzarəti tədbirlərindən razı qaldıqlarını bildiriblər.

İşgüzar görüş zamanı Gəlirlər Xidmətinin nümayəndələri yüksək vəzifəli nümayəndə heyətinin üzvlərini gömrük rəsmiləşdirmələri və risk profilləri, bunun əsasında sanksiya tətbiq edilən malların sanksiyaya məruz qalan fiziki şəxslərin/şirkətlərin təyinat yerinə daşınması barədə yerindəcə məlumatlandırıblar.

Nümayəndə heyətinin üzvləri gömrük-sərhəd infrastrukturu və yüklərin yoxlanılması üçün rentgen yoxlama sistemi ilə də tanış olublar.

Kateqoriya: Maraqlı, Siyasət
Sonrakı yazı
Bakı şəhərində şəhid Arif Allahverdiyevin xatirəsi yad edildi – FOTOLAR
Öncəki yazı
UĞUR MEBEL – HƏMİŞƏ XİDMƏTİNİZDƏ