This is a specific ad

Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə əlaqədar ümumi anlayışımız var”

87

Another advertisement

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik“.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib.

Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur.

İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, – deyə dövlət başçısı əlavə edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan Prezidenti: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
Öncəki yazı
Azərbaycan Prezidenti: “Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq”