Azərbaycan Prezidenti: “Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq”

49

Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı“.

QafqazTürk.com xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Dünyanın bunun üçün hazır olmadığını vurğulayan dövlət başçısı bildirib:

Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Fikrimcə, əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir”.

29
9
Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə əlaqədar ümumi anlayışımız var”
Öncəki yazı
İlham Əliyev quru sərhədlərin bağlı qalmasının səbəblərindən danışıb