Azərbaycan və Avropa münasibətləri

1

Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz sistemlərinin operatorları Azərbaycandan qaz idxalını artırmaq barədə razılığa gəliblər. Bunun üçün ölkələr mövcud infrastrukturdan istifadə edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa ölkələri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında sazişin imzalanmasını “çox vaxtında atılmış addım” adlandırıb.

“Ukraynadakı müharibə bizi mehriban qonşuluq, qarşılıqlı yardım və həmrəyliyin yeni ölçüləri axtarmağa vadar etdi. Bu, bizi tamamilə yeni effektiv həllər, yeni marşrutlar və yeni çatdırılma üsulları axtarmağa məcbur etdi”, – deyə Bolqarıstan Prezidenti Rumen Radev bildirib.

Qeyd edək ki, iyul ayında Avropa İttifaqı ilə Bakı arasında anlaşma memorandumu imzalanıb və ona əsasən, Azərbaycan qaz idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdıracaq.

0
0
Sonrakı yazı
Ermənistan sazişə əməl etmir
Öncəki yazı
Statistik xəbərlər