• 30 Noyabr 2023 01:26

Ermənistan sazişə əməl etmir

Avatar photo

ByHacı Xəlilzadə

Apr 27, 2023

Gürcüstanda Ermənistanla sadələşdirilmiş sərhəd keçidi haqqında saziş qüvvəyə minib. Lakin Ermənistan hələ buna tələsmir.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Ermənistan elektron şəxsiyyət vəsiqələrindən istifadə etməklə qonşu ölkəyə getmək barədə razılığa gəlmək üçün daxili prosedurları hələ başa çatdırmayıb.

“Sənəd indi Konstitusiya Məhkəməsindədir. Qanun qüvvəyə mindikdən sonra onun müddəaları XİN-in internet saytında dərc olunacaq”, – deyə qeyd olunub.

25210cookie-checkErmənistan sazişə əməl etmir