“Xarici agentlər” haqqında qanunun qəbulu vacibdir, çünki QHT donorları haqqında məlumatlar şəffaf deyil.
QafqazTürk.com xəbər verir ki, bu sözləri parlamentin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili bildirib.
“Bütün bir il ərzində eşidirik ki, donorlar haqqında məlumat şəffafdır, bunu hər yerdə görmək olar, amma bu, belə deyil. Çox vaxt nə müəyyən layihələri maliyyələşdirən donorların, nə də təşkilatların saytlarında heç bir məlumat yoxdur”, – komitə sədri deyib. Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.
Gürcüstan parlamentin spikeri Şalva Papuashvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.