Aİ səfiri Pavel Qreçinski Gürcüstana xarici agentlər haqqında qanuna görə xəbərdarlıq edib

1

“Gürcüstan parlamentinə təqdim edilən xarici agentlər haqqında qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir”.

QafqazTürk.com xəbər verir ki,bu barədə “Reuters” agentliyinə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qreçinski bildirib.

O vurğulayıb ki, qanunun qəbulu Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətinə baxılmasını gecikdirə bilər.      “Fikrimizcə, QHT-lərin şəffaflığı ilə bağlı narahatlıqlar vətəndaş cəmiyyəti təşkilatları üçün məkanın, söz və media azadlığının məhdudlaşdırılması üçün bəhanə kimi istifadə edilməməlidir”.                                                                                Qeyd edək ki, Gürcüstanda parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunun qanunverici orqanda yenidən müzakirə edilməsi barədə qərar qəbul edib.

Gürcüstan parlamentin spikeri  Şalva Papuaşvili bildirib ki, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Fənərbağça səfərdə Olimpiakosa məğlub oldu – 3:2 – VİDEO
Öncəki yazı
Avropaya inteqrasiya komitəsinin sədri:”Xarici agentlər” haqqında qanunun qəbulu vacibdir