“Aslan” Yunaytedi parçaladı – VİDEO

2

UEFA Çempionlar Liqasının A qrupunda Türkiyənin “Qalatasaray” klubu səfərdə İngiltərənin “Mançester Yunayted”ini məğlub edib.

QafqazTürk.com xəbər verir ki, “Mançester”in doğma divarları arasında baş tutan görüş “Aslan”ların 3-2 hesablıq qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisi iki dəfə hesabda geri düşsə də stadiondan qalib olaraq ayrılmağa müvəffəq olub.

“Sarı-qırmızılar”ın qollarını Vilfred Zaha, Kerem Aktürkoğlu və Mauro İkardi vurublar. Meydan sahiblərinin heyətində Rasmus Hoylund dubl edib. İkardi, həmçinin, penaltini dəqiq yerinə yetirə bilməyib.
“Qırmızı şeytanlar”ın heyətində Karlos Kazemiro qırmızı vərəqə ilə meydandan qovulub.

Qollar:
Mançester 2-3 Qalatasaray

⚽️17′ Hoyland ⚽️ 23′ Zaha
⚽️67′ Hoyland ⚽️ 71′ Kerem Aktürkoğlu
⚽️ 81′ İkardi

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Ankaradakı terroru törədənlərin şəxsiyyəti məlum oldu
Öncəki yazı
საქართველოს მოქალაქეებს პირადობის მოწმობითა და ბიომეტრიული პასპორტებით 193 ქვეყანაში შეუძლიათ მოგზაურობა