Ankaradakı terroru törədənlərin şəxsiyyəti məlum oldu

0

Türkiyənin Daxili İşlər Nazirliyi Ankarada qurumun binası yaxınlığında terror aktı törədən ikinci şəxsin də kimliyini müəyyən edib.

QafqazTürk.com Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən şəxs PKK terror təşkilatının üzvü Özkan Şahindir.

Daha əvvəl yayılan məlumatda isə insidentdə iştirak edən digər şəxsin PKK üzvü Hasan Oğuz olduğu bildirilib.

Nazirlik, həmçinin aparılan araşdırmanın və terrorla mübarizənin davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, oktyabrın 1-i Türkiyə DİN-in Mühafizə Baş İdarəsinə terror hücumu olub. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Hadisə zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Xankəndidə küçələrdən birinə Ənvər Paşanın adı verilib
Öncəki yazı
“Aslan” Yunaytedi parçaladı – VİDEO