“Soyuq müharibə hələ bitməyib, biz soyuq müharibə siyasətinə qayıdırıq, – Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Almaniya hökumətinin keçmiş rəhbəri qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin qarşısını almaq üçün bütün vasitələr tükənib.
Angela Merkelin sözlərinə görə, diplomatiya zərurətdir və sülh danışıqlarının mümkün olacağı gələcək ssenari haqqında düşünməyə başlamaq lazımdır.
“Mən diplomatik səyləri dəstəkləyirəm. Ukraynada baş verən müharibə məni çox narhat edirdi. Təəssüflə demək istəyirəm ki, Ukraynada konflikti həll etmək üçün bizim kimi maraqlananlar azdır. Məsələn, Avropa Şurasında Almaniya və Fransa Şərqi Ukraynadakı münaqişəni həll etməyə çalışdılar. Əlimdə olanlarla bu konflikti həll etməyə çalışdım. Cəhdlərin nəticə verməməsi, cəhdlərin yanlış olduğunun sübut deyil”, – Angela Merkel bildirib.