Another advertisement
Almaniyada bir suriyalı terror aktı hazırlamaqda ittiham edilərək həbs edilib. Məlumatı Almaniya mətbuatı yayıb. İstintaqın məlumatına görə, 28 yaşlı gənc “Şəhid kəmərindən” istifadə edərək hücum planlaşdırırmış.
Təqsirləndirilən şəxs Hamburqda həbs edilib. Onunla birlikdə cinayətə köməklik etməkdə şübhəli bilinən qardaşı da həbs edilib.
Almaniya mətbuatının yazdığına görə, istintaqda suriyalının bir neçə həftədir ki, internetdən partlayıcı maddələr alması, qardaşının isə cinayəti planlaşdırdığı barədə məlumat var. Terrorçuların hədəfinin dəqiq nə olduğu açıqlanmır.
Xüsusi əməliyyatda 250 hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Axtarış əməliyyatlarına xüsusi təyinatlılar da cəlb olunub.