• 06 Dekabr 2023 11:40

Gürcüstan əhalisinin 90%-i Aİ üzvlüyünü dəstəkləyir

Avatar photo

ByHacı Xəlilzadə

Apr 26, 2023

Gürcüstan əhalisinin 89%-i Avropa İttifaqına daxil olmasını dəstəkləyib.

QafqazTürk.com xəbər verir ki, sorğu Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən aparılıb.

Rəyi soruşulanların 75%-i Gürcüstanın Avropaya inteqrasiyasını tam, 14%-i isə qismən dəstəklədiyini bildirib.

IRI qeyd edib ki, ötən ilin payızında keçirilən əvvəlki sorğu ilə müqayisədə Aİ-yə üzvlük üçün dəstək 4% artaraq tarixi maksimuma çatıb.

“Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv olmaq və Qərbin demokratik institutlarına inteqrasiyanı davam etdirmək istəyi aydın və birmənalı şəkildədir”, – İnstitutun Avrasiya Bürosunun direktoru Stiven Niks bildirib.

Respondentlərin üçdə biri (34%) “siyasi qeyri-sabitliyi” Aİ-yə inteqrasiya yolunda əsas maneə hesab edir, 17%-i isə Aİ-nin tövsiyələrinin yerinə yetirilməməsini birliyə üzv olmaq üçün başlıca əngəl kimi görür.

Respondentlərin 65%-i Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır, 9% isə qəti şəkildə əleyhinədir.

Sorğu 2023-cü il martın 4-dən 23-dək 1500 nəfər arasında aparılıb.

23780cookie-checkGürcüstan əhalisinin 90%-i Aİ üzvlüyünü dəstəkləyir