• 24 Fevral 2025 02:02

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Almaniyada seçkilərin exit-pollunun nəticələri açıqlanıb

ByTürkan Şahverdova

Fev 23, 2025
Another advertisement

ARD/Infratest-in keçirdiyi sorğunun nəticələrinə görə, Almaniya parlament seçkilərində “Xristian Demokrat İttifaqı” (CDU) 29% səslə birinci yerdə qərarlaşıb. Onu 19,5% səslə ifrat sağçı “AfD” partiyası izləyir. Üçüncü yerdə Almaniya kansleri Olaf Şolzun “Sosial Demokrat” Partiyasıdır – 16%. Almaniyanın vitse-kansleri Robert Habekin “Yaşıllar” Partiyası 13,5% səs toplayıb. İfrat solçu “Die Linke” partiyası 5%-lik həddi – 8,5%-i keçib. Bundan başqa, rusiyayönlü, populist “Sarah Wagenknecht Union” partiyası – 4,7% və “Azad Demokratlar” liberal partiyası – 4,9% səs həddi aşmaq ərəfəsindədir. Seçkilərdən sonra koalisiyanın formalaşmasına neçə partiyanın Bundestaqa daxil ola biləcəyi və 5%-lik baryeri keçə biləcəyi əhəmiyyətli dərəcədə təsir edəcək. İctimai rəy sorğularına görə, iki partiya – solçu populist, avroskeptik “Sarah Wagenknecht Union” və liberal “FDP” astanasındadır. Bu partiyaların parlamentə daxil olması iki partiyanın hökumət koalisiyası qurmasını çətinləşdirəcək.