Tato Qriqalaşvili Varşava Açıq çempionatının qalibidir

83

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə açıq çempionatda Tato Qriqalaşvili (90 kq) qızıl medal qazanıb.

Turnirdə üçqat gürcüstanlı dünya çempionu 90 kq çəki dərəcəsində mübarizə aparıb. Tato altı görüşün hamısında asanlıqla qalib gəlib- finalda gürcü hollandiyalı Tiqo Renni məğlub edib. Nikoloz Davladze də eyni çəki dərəcəsində final blokunda güləşsə də, bürünc medal uğrunda görüşdə ispan Rodrigesə uduzub. Varşava Açıq çempionatında ümumilikdə 14 gürcü cüdoçu mübarizə aparıb və Qriqalaşvili istisna olmaqla, hamısı turniri medalsız tərk edib.

Kateqoriya: Cəmiyyət, İdman
Sonrakı yazı
Almaniyada seçkilərin exit-pollunun nəticələri açıqlanıb
Öncəki yazı
Vladimir Zelenski – Sülh naminə və Ukrayna NATO-ya üzv ola bilsin deyə prezidentlikdən getməyə hazıram