This is a specific ad

ABŞ Dövlət katibi: Ermənistan və Azərbaycan arasında sülh razılaşması yaxın perspektivdir

20

Another advertisement

“Ermənistan və Azərbaycan arasında sülh razılaşması yaxın perspektivdir,” – QafqazTürk xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi, Entoni Blinken bəyan edib.

Onun dediyinə görə, son bir neçə gün ərzində tərəflər bir neçə çətin məsələni müzakirə etdilər və uzunmüddətli sülh razılaşması üzrə nəzərəçarpacaq irəliləyiş əldə etdilər.

“Ümid edirəm və inaıram ki, necə mən, onlarda görürlər ki, razılaşma yaxındadır və bu razılığın əldə olunması, düşünürəm, yalnız tarixi deyil, eləcə də Azərbaycan və Ermənistan xalqının marağında olacaq. Sülh razılaşması bu iki ölkənin hüdudlarından kənarda da çox müsbət təsiri göstərəcək. İstənilən marafonda son mil həmişə ən çətin olur. Bunu biz bilirik. Lakin ABŞ burada onun üçündür ki, hər iki dostumuza finiş xəttini keçməkdə kömək etməyə davam edək. Düşünürəm biz çox yaxındayıq”, – Blinken bəyan etdi.

Sonrakı yazı
Dünyada ərzağın qiyməti artıb 
Öncəki yazı
Kamal Kılıçdaroğlu: “Mən Kremllə yox, Qərblə münasibətlərə üstünlük verəcəm”