Dünyada ərzağın qiyməti artıb 

0

Dünya bazarında şəkər, ət və düyü kimi əsas ərzaq məhsullarının qiymətləri artıb. Bu, son bir il ərzində ilkdir.

QafqazTürk.com  xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  yaydığı ərzaq qiymətləri indeksində qeyd olunub.

İndeks əsas ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri əks etdirir. Ötən ay göstərici 127,2 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0,6% çoxdur. FAO-nun məlumatına görə, indeks 2022-ci ilin aprel ayı səviyyəsindən 19,7% aşağıdır, lakin 2021-ci ilin aprel ayı ilə müqayisədə 5,2% yüksəkdir. 

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Dövlət strukturlarında rüşvətxorluq faktları artıb
Öncəki yazı
ABŞ Dövlət katibi: Ermənistan və Azərbaycan arasında sülh razılaşması yaxın perspektivdir