This is a specific ad

ABŞ-dan Çinə müraciət

100

Another advertisement

“Amerika Birləşmiş Ştatları Çinin ruslara müharibəni bitirmək barədə tövsiyələrində daha sərt olmasını istəyir”

QafqazTürk xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Çindəki səfiri Nikolas Berns bildirib.

“Biz Çinin, Rusiyanın qoşunlarını Ukraynadan çıxartdırmasını istərdik ki, Ukrayna öz ərazilərini geri qaytarsın və sözün hər mənasında tam suveren olsun. Biz Çinin Rusiyanı Ukraynadakı məktəbləri, xəstəxanaları və yaşayış binalarını bombalamasını dayandırmağa sövq etdiyini görmək istəyirik”, – deyə Börns bildirib.

Amerikalı diplomatın qeyd etdiyi kimi Ukraynanın, ABŞ-ın istədiyi və Avropa ölkələrinin bəyənəcəyi budur. Onun dediyinə görə, Çin prezidenti Si Tsinpinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında danışığın olması “yaxşı ilk addım”dır, lakin bundan sonra hansısa hərəkətin olub-olmayacağı bəlli deyil.

ABŞ-ın Çindəki səfiri bildirib ki, ABŞ uzun müddətdir ki, Çinin Rusiyaya mümkün hərbi yardım etməsini izləyir.

“Biz müharibəni bitirmək üçün mümkün qədər tez hərəkətə keçmək istəyirik”, – Berns qeyd edib

Sonrakı yazı
Aprel ayında bahalaşan ərzaqlar – SİYAHI
Öncəki yazı
İrakli Ğaribaşvili Macarıstana səfər edib