Aprel ayında bahalaşan ərzaqlar – SİYAHI

1

2023-cü ilin aprel ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,7%, illik inflyasiyanın səviyyəsi isə 2,7% təşkil edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Baza inflyasiyasına gəldikdə isə bu göstərici 2023-cü ilin aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% təşkil edib.

Aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşan 10 məhsulun siyahısını təqdim edirik:

  • Soğan – 92%
  • Qarğıdalı unu – 35,4%
  • Kartof – 33,7%
  • Yaşıl lobya – 33,3%
  • Tomat pastası – 30,4%
  • Tort – 27,5%
  • Xardal – 21%
  • Qarpız – 20,6%
  • Limon – 19,8%
  • mal əti – 18%
0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Yaxın günlərdə hava şəraiti necə olacaq?- PROQNOZ
Öncəki yazı
ABŞ-dan Çinə müraciət