Ukraynanın Tbilisidəki müvəqqəti işlər vəkili Aleksandr Şulqa Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb
QafqazTürk.com xəbər verir ki, bu barədə “Imedi” telekanalı məlumat yayıb.
Bildirilir ki, buna səbəb Ukraynanın “Georgian Airways” aviaşirkətinə qarşı sanksiya tətbiq etməsi olub. Ukraynalı diplomata etiraz bildirildiyi ehtimal edilir.
Ukraynalı diplomat təxminən yarım saat Gürcüstan Xarici İşlər Nazirliyində olub. Bundan sonra Şulqa mətbuata hər hansı bir bəyanat verməyib.
Gürcüstan Xarici İşlər Nazirliyi vəziyyətlə əlaqədar məlumat yaymayıb.
Xatırladaq ki, Ukrayna Rusiyaya uçuşları bərpa edən “Georgian Airways” aviaşirkəti və onun direktoru Tamaz Qayaşvilini “qara siyahı”ya salıb.
Qərar Gürcüstan hökumətinin etirazına səbəb olub və belə bir addımı qeyri-dost adlandırıb.