Türkiyə QDİƏT-ə sədrlik edir

49

Another advertisement

Türkiyə bu gündən etibarən 6 ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik edəcək.

QafqazTürk.com xəbər verir ki, Xarici İşlər Nazirliyi Türkiyənin QDİƏT sədrliyini ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda Türkiyənin QDİƏT sədrliyini 6 ay müddətinə öz üzərinə götürdüyü bildirilib.

Nazirliyin Twitter hesabında mövzu ilə bağlı paylaşımda, “Cümhuriyyətimizin 100-cü ildönümündə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi öhdəmizə götürürük. Töhfə verəcək aktiv dövr sədrliyinə hazırıq. Geniş Qara dəniz hövzəsində bu gün daha da əhəmiyyət kəsb edən sülh, sabitlik və rifah üçün.” ifadələri işlədilib.
Kateqoriya: Dünya
Sonrakı yazı
Almaniya kansleri: “Müsəlmanlara qarşı nifrətə yol verilməməlidir”
Öncəki yazı
İcazəsiz hacı olmaq istəyən 17 mindən çox insan saxlanılıb