Almaniya kansleri: “Müsəlmanlara qarşı nifrətə yol verilməməlidir”

3

Almaniya kansleri Olaf Şolts bildirib ki, irqçilik, yəhudi düşmənliyi və ya müsəlmanlara qarşı nifrətə yol verilməməlidir.

QafqazTürk.com xəbər verir ki, Şolts 1 iyul Müsəlmanlara Qarşı İrqçiliyin Aradan Qaldırılması Günü münasibəti ilə sosial şəbəkə hesabında yazıb.

Almaniyada irqçiliyin bir reallıq olduğunu bildirən Şolts, bu reallığın birlikdə aşılması lazım olduğunu vurğulayıb.

Almaniyanın daxili işlər naziri Nensi Fazer ölkədə yaşayan 5,5 milyon müsəlmanın çoxunun gündəlik həyatda ayrı-seçkilik və təcrid olunduğunu bildirib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə meşə yanğınları: Helikopter və təyyarələr cəlb edildi
Öncəki yazı
Türkiyə QDİƏT-ə sədrlik edir