Another advertisement
“Rusiya Prezidenti Vladimir Putinin həyatı üçün təhlükə daha çoxdur, nəinki mənim. Çünki onu öldürmək istəyənlər var”.
QafqazTürk “Report”- istinadən xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, şəxsi həyatı üçün təhlükə gündəlik fəaliyyətinin bir hissəsinə çevrilib: “Amma buna artıq öyrəşmişəm. Vladimir Putinin isə bu məsələdə ümumiyyətlə bəxti gətirməyib”.