Another advertisement
Qazaxıstan səfirliyi həmvətənlərini Rusiyanın bir sıra regionlarına səfərlərdən imtina etməyə çağırıb.
QafqazTürk.com xəbər verir ki, Qazaxıstanın Rusiyadakı səfirliyi sosial şəbəkələrdə yaydığı bəyanat vasitəsilə orada yaşayan həmvətənlərinə müraciət edərək, onları Ukrayna ilə sərhəddə yerləşən bölgələrə getməməyə səsləyib.
Müraciətin “mövcud təhlükəsizlik təhdidləri” ilə əlaqələndirildiyi bildirilir.
Qazaxıstanın Rusiyadakı səfirliyi, həmçinin Rusiya ərazisində, ilk növbədə Ukrayna ilə həmsərhəd rayonlarda yaşayan bütün həmvətənlərindən Qazaxıstanın Moskvadakı səfirliyindəki konsulluq idarəsində qeydiyyatdan keçmələrini xahiş edib. Eyni zamanda, onlara “fors-major” halında bütün lazımi yardım və dəstək vəd edilib.