Another advertisement
15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub və hazırda əməliyyat şəraiti Azərbaycan ordusunun bölmələrinin nəzarəti altındadır.
“Yaralanmış hərbi qulluqçuya ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə məlumatda qeyd edilib.