This is a specific ad

Ərdoğan: “Zəngəzur dəhlizinə Ermənistan deyil, İran problem yaradır”

51

Another advertisement

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı çətinliklərin Ermənistanla deyil, İranın mövqeyi ilə bağlı olduğunu bildirib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Azərbaycandan qayıdandan sonra verdiyi müsahibədə deyib.

“İranın davranışı həm Azərbaycanı, həm də bizi narahat edir. Bundan başqa, təəssüf ki, daşıma tarifləri çox yüksəkdir. Ümid edirəm ki, bu problemi tezliklə həll edəcəyik””,- deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, İrandan müsbət yanaşma olarsa, bu gün Türkiyə, Azərbaycan və İran həm avtomobil, həm də dəmir yolu vasitəsilə bir-birinə inteqrasiya olunacaq.

“Yəqin ki, Pekin-London marşrutu açılacaqdı”, deyə prezident bildirib.

Türkiyə lideri İranın konkret hansı mövqeyinin ona uyğun gəlmədiyi barədə əlavə məlumat verməyib.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Məktəb şagirdi çayda boğularaq ölüb
Öncəki yazı
Laçın sərhəd-buraxılış məntəqəsi atəşə tutulub – Azərbaycan sərhədçisi yaralanıb