Bu gün Marneulidə yerləşən hərbi bazada hərbi qulluqçunun ölümü ilə nəticələnən hadisə ilə əlaqədar Müdafiə Nazirliyi bəyanat yayıb.
QafqazTürk.com sözügedən bəyanatı təqdim edir:
“Bu il iyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi əsgəri 2005 təvəllüdlü Y.N.-un ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin intiharı nəzərdə tutan 115-ci maddənin 1-ci hissəsi əsasında araşdırmalara başlayıb.
İstintaqla müəyyən edilib ki, adıçəkilən hərbi qulluqçu üzərindəki silahla növbətçilik kabinetində olub. Silah səsləri ilə əlaqədar postda yoxlama aparılıb və Y.N. ölü vəziyyətdə tapılıb.
İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə yerindəcə ölüb.
Hazırda qeyd olunan faktla əlaqədar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.
Müdafiə Nazirliyi qeyd olunan faciəvi faktdan kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verir”, – deyə bəyanatda bildirilib.