Türkiyə Kosovodakı NATO qüvvələrinə komandanlıq edəcək

1

Türkiyə payızda planlaşdırılan rotasiya çərçivəsində Kosovoda NATO-nun rəhbərlik etdiyi sülhməramlı qüvvələrin komandanlığını öz üzərinə götürəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Bildirilib ki, oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək. Təhvil-təslim Kosovonun şimalında baş verən son zorakılıqdan çox əvvəl planlaşdırılıb.

Hələlik Türkiyənin namizədliyi rəsmən təsdiqlənməyib. Çərşənbə günü Türkiyə Müdafiə Nazirliyindən bildirib ki, ölkə bir neçə gün əvvəl NATO-nun tələb etdiyi xüsusi təyinatlı bir batalyonun Kosovoya təhvil verilməsini başa çatdırıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Ukrayna MN: Ordumuz havalar soyumamış Krıma daxil olacaq
Öncəki yazı
Marneulidə hərbi qulluqçunun ölümü ilə əlaqədar Müdafiə Nazirliyinin BƏYANATI