Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində miqyasına görə ən böyük faciələrdən biri yaşanıb – iyunun 6-da Kaxovka su elektrik stansiyasının bəndlərindən biri partladılıb.
Partlayış nəticəsində 7 insan itkin düşüb, minlərlə vəhşi heyvan tələf olub. Neçə-neçə yaşayış binası və sosial obyektlərin dağılıb. Dneprin aşağı hissəsində Xerson da daxil olmaqla, 90-dan çox yaşayış məntəqələrini su basıb. Ümumilikdə, son məlumata görə, Xerson vilayətinin 600 kv. km sahəsini su basıb.
Xerson vilayətinin dövlət administrasiyasının başçısı Aleksandr Proskudin bildirib ki, Dnepr çayının sağ sahilinin 32 faizini, sol sahilinin isə 68 faizini su basıb. Həmin ərazidə suyun səviyyəsi 5,61 metrdir. Ərazidən 2 minədək insan artıq təxliyə edilib və bu proses davam etdirilir.“
Qeyd edək ki, Kaxovka SES Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi.
Bu stansiya 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.