Gürcüstanda moruq mövsümü başlayır – Bazarda məhsul nə qədərdir?

0

Bu il moruq mövsümü yüksək qiymətlərlə başlayıb.

QafqazTürk.com xəbər verir ki, supermarketlərdə 1 kiloqramın qiyməti 30 lari, yarmarka istehsalçılarında isə 15-20 lari arasındadır.

Qeyd edək ki, hazırda fermerlərin yalnız bir hissəsi məhsul yığımına başlayıb.

Son illərdə əsas məhsul istehsal edən bölgə Şida Kartlidir və burada məhsul yığımına təxminən 10 gündən sonra başlanacaq. Yeni bağların salındığı Kaxeti və Kvemo Kartlidə bir çox fermer pis şərait səbəbindən fəaliyyətini dayandırıb.

İmereti bölgəsində moruq istehsalı şirkəti P&K Berries 4,6 hektar moruq bağlarına sahibdir ki, bunun da 4 hektarı açıq yerdə becərilməsi üçün nəzərdə tutulub. 0,6 hektarı isə şaquli tunellərdir. P&K Berries-in həmtəsisçisi Vaso Purçeladze EastFruit ilə söhbətində bildirib ki, ilkin sərmayənin daha çox olmasına baxmayaraq, şaquli tunellərdə istehsal daha sərfəlidir. Məlumat üçün bildirək ki, şirkətin ilkin investisiyası 16 min 500 lari olub.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
Öncəki yazı
Su altında qalan Xerson