This is a specific ad

Gələcək avtomobillərin salonu nümayiş olundu – FOTO/VİDEO

44

Another advertisement

Fransanın “D.S.Automobiles” şirkəti gələcəyin avtomobilləri üçün nəzərdə tutulan salonun dizayn versiyasını təqdim edib.

QafqazTürk.com xəbər verir ki, M.i. 21 (Manifesto Interior 2021) adlı interyer adətən reallıqla əlaqəsi olmayan konseptlərdən fərqli olaraq, bir sıra normativ, iqtisadi və texnoloji məhdudiyyətləri nəzərə alır və buna görə də tez bir zamanda istehsala tətbiq oluna bilər.

Fransızlar bu onilliyin sonuna qədər seriya avtomobillərində belə interyerlər vəd edirlər.

M.i. 21 avtomobillərin interyerinə sənətkarlıq çalarları qatacaq, erqonomikanı təkmilləşdirəcək və nəqliyyat vasitələrini estetik cəhətdən daha da zənginləşdirəcək. Əsas dəyişikliklər işıq, səs, materiallar və texnologiya ilə bağlı olacaq.

https://baku.tv/dunyaa/ds-automobiles-futuristik-interyer-yaratdi

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyə İsveçdən NATO-ya üzv olmaq üçün konkret addımlar gözləyir
Öncəki yazı
Dünya bazarında neft qiymətləri azalıb