Türkiyə İsveçdən NATO-ya üzv olmaq üçün konkret addımlar gözləyir

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan isveçli həmkarı Tobias Billström ilə İsveçin NATO-ya daxil olması perspektivlərini müzakirə edib və Ankaranın Stokholmdan konkret addımlar gözlədiyini bildirib.

QafqazTürk.com xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, nazirlər İsveçin NATO-ya müraciətinin təsdiqi üçün Türkiyənin şərtlərinin yerinə yetirilməsinə nəzarət üzrə birgə mexanizmin iclasından sonra təmasları davam etdirmək barədə razılığa gəliblər. Bu mexanizmin iclası iyunun 12-nə planlaşdırılıb.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Konfrans Liqasının qalibi məlum oldu
Öncəki yazı
Gələcək avtomobillərin salonu nümayiş olundu – FOTO/VİDEO