This is a specific ad

Ərdoğanın kabinetində yeganə qadın nazir

46

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

QafqazTürk.com xəbər verir ki, yeni kabinetdə yeganə qadın nazir ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşdır.

1982-ci ildə Brüsseldə anadan olan Göktaş “Libre de Bruxelles” universitetinin iqtisadi, siyasi və sosial elmlər fakültəsində bakalavr və magistr təhsili alıb. O, 2009-cu ildə Avropanın ilk hicablı millət vəkili olaraq Brüssel parlamentinə seçilib.

Göktaş 2019-cu ilə qədər Brüssel parlamentinin Sosial Xidmətlər Komitəsinin sədr müavini və Qadın və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədr müavini vəzifələrində çalışıb.

Ayrı-seçkilik və islamofobiya ilə mübarizədə fəal rol alan Göktaş 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını qəbul etmədiyi üçün 2015-ci ildə partiyasından xaric edilib və müstəqil deputat kimi vəzifəsini davam etdirib.

Göktaş 2019-cu ildə Belçikadakı fəaliyyətinə görə Kral Leopold Dövlət Ordeni ilə təltif edilib. O, 2020-ci ildə Türkiyənin Əlcəzairdəki səfiri təyin edilib.

Fransız, ingilis və holland dillərini bilir. Evlidir və iki övladı var.

Kateqoriya: Dünya
Sonrakı yazı
İsti havalarda bədəni dirçəldən şirə
Öncəki yazı
Türkiyə xüsusi təyinatlıları KOSOVODA