• 01 Dekabr 2023 16:22

İsti havalarda bədəni dirçəldən şirə

Avatar photo

ByHacı Xəlilzadə

İyn 4, 2023

Eyni miqdarda sərin su ilə qarışdırılmış alma şirəsi isti havada sərinləmək üçün ən yaxşı variantdır.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, Rossoyuzun şirələrin istehsalı üzrə layihə rəhbəri Lyüdmila Xomiç isti havada tərlə birgə bədənindən duzların da itirildiyini bildirib:

“Belə halda adi su içmək azdır. Alma şirəsi məhz duz balansını təmin edəcək. Kanadalı alimlərin tədqiqatına görə, bu içki susuzlaşma zamanı insana köçürülən məhlula alternativdir. Onu uşaqlara və yaşlılara xüsusilə vermək lazımdır. Bu şirədə ürək sistemi üçün vacib olan kaliy var. Yayda şirəni birbaşa yox, sərin su ilə qarışdırıb içmək lazımdır.

İstidə günə 1-2 stəkandan artıq şirə içmək olmaz. Şirin yox, turş və sitruslara üstünlük verin: portrağal, qreypfrut və giləmeyvələr. Onlarda olan orqanik turşular bədənə, beyinə lazım olan maddələri verəcək”.

Şirələrdən maksimum fayda almaq üçün premium, qatqısız, orijinal brend şirələrdən seçim edin.

62120cookie-checkİsti havalarda bədəni dirçəldən şirə