Another advertisement
Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə nazirlik tviter səhifəsində paylaşım edib.
Bildirilib ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.
“Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Ankaranın NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılarını göndərəcəyini bildirmişdi.