Ukrayna ordusu irəliləyib

0

Ukrayna ordusu Luqansk vilayətinin Svatovsk rayonu istiqamətində Rusiya ordusuna əks hücuma keçərək 400 metrədək irəliləməyə nail olub.

QafqazTürk.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Komandan bildirib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də əks-hücum edir.

Onun sözlərinə görə, Rusiya qruplaşmalarını məhbuslardan ibarət “Ştorm Z” hücum dəstələri ilə gücləndiriblər. Düşmən Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeevka, Beloqorovka və digər ərazilərdə hücuma keçib.

General-polkovnik Sırski müxtəlif istiqamətlərdə irəliləyən ukraynalı müdafiəçilərin uğurarını vurğulayıb, həmçinin 80-ci əlahiddə hava hücumu briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazisindəki ərazinin əhəmiyyətli bir hissəsini azad etdiyini söyləyib.

Qeyd edək ki, söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir

0
0
Sonrakı yazı
Türkiyə xüsusi təyinatlıları KOSOVODA
Öncəki yazı
Ərdoğan NATO-nun baş katibini qəbul edib